Mərkəzi elektron tibbi uçot sistemi yaradılacaq

Mərkəzi elektron tibbi uçot sistemi yaradılacaq
# 30 dekabr 2016 11:44 (UTC +04:00)

Azərbaycanda mərkəzi elektron tibbi uçot sisteminin yaradılması və mövcud olan müxtəlif platformalı tibbi informasiya sistemlərinin milli səhiyyə şəbəkəsinə inteqrasiya olunması nəzərdə tutulur.

APA-nın xəbərinə görə, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub ki, hazırda müxtəlif tibb müəssisələrində tətbiq edilən rəqəmli qeydiyyat sistemləri qarşılıqlı inteqrasiya edilmədiyi üçün pasiyentlərin tibb işçiləri ilə görüş vaxtları və gözləmə siyahıları barədə məlumatların vahid mərkəzdə toplanması və cəmiyyətin bu məlumatlara əlçatanlığının təmin edilməsi qeyri-mümkündür. Bu səbəbdən pasiyentlərin qəbulu zamanı böyük növbələrin və gecikmələrin yaranması, görüş vaxtlarının ötürülməsi kimi problemlər müşahidə edilir ki, bu da həkimlərin və pasiyentlərin vaxt itkisi ilə üzləşməsi və səhiyyə xidmətlərinin keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir.

Qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə icbari tibbi sığorta sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumu tərəfindən Səhiyyə Nazirliyi və RYTN-nin dəstəyi ilə mərkəzi rəqəmsal qeydiyyat sisteminin formalaşdırılması nəzərdə tutulur. Yeni sistemin işlənib hazırlanması zamanı tibbi xidmət təminatçılarının istifadə etdikləri mövcud qeydiyyat sistemlərinin tamamilə yenisi ilə əvəzlənməsi izafi xərclərə və tibb işçilərinin praktik bacarıqlarının artırılması zərurətinin yaranmasına səbəb ola bilər.

Göstərilənlər nəzərə alınaraq mövcud sistemlərin internet portalı vasitəsilə mərkəzi rəqəmli qeydiyyat sisteminə inteqrasiya edilməsi təmin ediləcək və bu fəaliyyət üzrə vahid standartların işlənib hazırlanması nəzərdən keçiriləcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR