Şöbə rəisi: "Köhnə metro stansiyalarında əlillər üçün şəraitin yaradılması çətindir"

Şöbə rəisi: "Köhnə metro stansiyalarında əlillər üçün şəraitin yaradılması çətindir"
# 01 dekabr 2017 09:15 (UTC +04:00)

"Bakı Metropoliteni" QSC bundan sonra tikiləcək xətlərdə və stansiyalarda əlilliyi olan şəxslərin rahat hərəkəti üçün nəzərdə tutulmuş müvafiq avadanlıqların quraşdırılmasını təmin edəcək".

"APA-Economics" xəbər ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.


Onun sözlərinə görə, hazırda mövcud olan stansiyalar SSRİ dövründə tikilib. Şöbə rəisi əlavə edib ki, həmin dövrdə fiziki imkanları məhdud şəxslərin metrodan istifadəsi o qədər də nəzərdə tutulmayıb.

"Daha sonra bu şəraiti yaratmaq çətindir. Çünki stansiyalar daha dərində yerləşdiyindən lift və ya pandusların quraşdırılması asan deyil. Müəyyən stansiyalarda quraşdıranda, digərlərində quraşdırmayanda isə başqa problemlər ortaya çıxır. Tutaq ki, "Gənclik" stansiyasında xüsusi cihazlar vasitəsilə əlillərin stansiyaya daxil olmasını təmin edə bildik, lakin "28 May", "Sahil", "Elmlər akademiyası" müvafiq şərait olmadığından artıq əlillərin stansiyadan çıxışında problem yaranacaq. Bu, beynəlxalq standartlara da uyğun deyil. Ancaq biz yeni açılan stansiyalarda və bundan sonra açılacaq stansiyalarda bu prosesi daha da təkmilləşdirdik. "Avtovağzal" stansiyasında bir, "Memar Əcəmi" stansiyasında isə əlil şəxslər üçün 4 lift quraşdırılıb. Təmir-bərpa işləri aparılan digər stansiyalarda isə fiziki imkanları məhdud, görmə məhdudiyyəti olan şəxslər üçün xüsusi zolaqlar təşkil olunub ki, həmin şəxslər stansiyanın girişindən salınan bu zolaqlar vasitəsilə qatara qədər gedə bilirlər", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR