Şəkidə iki nəfəri it, bir nəfəri isə at dişləyib

Şəkidə iki nəfəri it, bir nəfəri isə at dişləyib
# 22 iyul 2018 21:52 (UTC +04:00)

Şəkidə iki nəfəri it dişləyib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Orta Zəyzid kənd sakini, 1970-ci il təvəllüdlü Mərziyə Nağdalı qızı Manafova sağ əlinin, rayonun İncə kənd sakini 1961-ci il təvəllüdlü Kişbər Muxtar qızı Həşimova sol ayağın bud nahiyəsinin it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan APA-ya bildirilib ki, hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Şəkinin daha bir sakinini isə at dişləyib.

Məlumata görə, bu gün saat 15 radələrində rayonun Birinci Biləcik kənd sakini, 1966-cı il təvəllüdlü Asim Yusif oğlu İslamov ailəsinə məxsus bağ torpağında atla iş görən zaman at onun sağ kürək və sol çinin nahiyəsindən dişləyib. Aldığı xəsarətlə bağlı Asim İslamov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.

MRX-dan APA-ya bildirilib ki, Asim İslamova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR