“Ziraat Bank Azərbaycan” ötən il öhdəliklərini 69% artırıb

“Ziraat Bank Azərbaycan” ötən il öhdəliklərini 69% artırıb
# 19 yanvar 2018 06:40 (UTC +04:00)

2017-ci ilin IV rübündə “Ziraat Bank Azərbaycan”ın aktivlərinin həcmi 186,666 mln. manat təşkil edib ki, bu da 2016-ci illə müqayisədə 41,2% çoxdur.

APA-Economics”in verdiyi xəbərə görə, bankın kredit portfeli illik müqayisədə 24,2% artaraq 67,884 mln. manata yüksəlib.

Depozit portfeli hesabat dövrü ərzində 2,1 dəfə artaraq 80,128 mln. manata, öhdəliklərinin həcmi isə 68,75% artaraq 120,770 mln. manata bərabər olub.

Ötən il bankın məcmu kapitalı 5,94% artaraq 62 mln. 955,22 min manat, nizamnamə kapitalı isə dəyişməyərək 50 mln. manat təşkil edib.

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” 2017-ci ili 4 mln. 63,47 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR