Sabirabadda ev yanıb

Sabirabadda ev yanıb
# 10 avqust 2017 13:18 (UTC +04:00)

Sabirabad rayonunda ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Əsgərbəyli kəndində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 25 kv.m talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR