Bakı sakini ona qarşı külli miqdarda dələduzluq edildiyi iddiası ilə polisə müraciət edib

Bakı sakini ona qarşı külli miqdarda dələduzluq edildiyi iddiası ilə polisə müraciət edib
# 07 iyul 2015 15:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakini ona qarşı külli miqdarda dələduzluq edildiyini iddia edir.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü İfadə İsgəndər qızı Cəfərzadə polisə ərizə müraciət edərək bildirib ki, onunla birgə yaşayan tanışı, 1961-ci il təvəllüdlü Nazim Mahmud oğlu Əsgərov etibardan sui-istifadə edərək yaşadığı evi 95 min manata banka girov qoyaraq pulu mənimsəyib.

Hazırda polis ərizə üzrə araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR