Bakıda müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək

Bakıda müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək
# 17 avqust 2017 10:03 (UTC +04:00)

Bakıda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq qruplarında dərs deyəcək pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil ediləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, proqram Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

“Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma proqramı çərçivəsində təlimlər avqustun 21-dən 25-dək davam edəcək. Proqram kiçik yaşlı şagirdlər və məktəbəqədər təhsil müəssisələrindəki uşaqlar arasında ən geniş yayılmış nitq qüsuru - dislaliya haqqında geniş bilikləri əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR