Bakı və Cəlilabadda yanğın olub

Bakı və Cəlilabadda yanğın olub
# 09 avqust 2017 23:36 (UTC +04:00)

Bakı şəhəri və Cəlilabad rayonunda yanğın hadisələri baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda 10 hektar sahədə quru ot yanıb. Yanğından ərazidəki müxtəlif təyinatlı tikililər mühafizə olunub.

Cəlilabad rayonu, Zəhmətabad kəndində isə sərhəd zolağında 7 hektar və kənd bələdiyyəsinə məxsus ərazidə 13 ha (ümumi 20 ha) biçilmiş taxıl sahəsi yanıb. Yanğından əkin sahələri mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR