Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı təsdiqlənib - SİYAHI

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı təsdiqlənib - <span style="color: red;">SİYAHI
# 26 oktyabr 2017 10:10 (UTC +04:00)

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.

O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: ““Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib”.

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompyuter “mouse”-nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR