Şabranda fərdi ev yanıb - YENİLƏNİB

Şabranda fərdi ev yanıb - <span style="color: red;">YENİLƏNİB
# 28 mart 2017 18:59 (UTC +04:00)

Şabran rayonunda fərdi yaşayış evində baş verən yanğın söndürülüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Xırdaoymaq kənd sakini Zakir Alışova məxsus, ümumi sahəsi 176 kvadratmetr olan 2 mərtəbəli yaşayış evi külə dönüb. Ev sahibinin sözlərinə görə, ona ümumilikdə 30-35 min manat ziyan dəyib.

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın söndürülüb, alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

***** 19.22

Şarban rayonunda fərdi ev yanır.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Xırdaoymaq kəndində vətəndaşa məxsus yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR