Ermənistanda Azərbaycanın təhvil verdiyi Gevorkyanlara qarşı cinayət işi başlanıb

Ermənistanda Azərbaycanın təhvil verdiyi Gevorkyanlara qarşı cinayət işi başlanıb
# 10 mart 2015 10:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistandan könülü sürətdə Azərbaycana keçmiş, daha sonra bu ölkəyə təhvil verilmiş Gevorkyan ailəsinin üzvlərinə qarşı cinayət işi qaldırıb. APA-nın xəbərinə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi (müvafiq sənədlər və icazə olmadan sərhədi keçmə) əsasında açılıb. Bu maddə maksimum 3 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Cinayət işinə əsasən Yeğişe və Ruzanna Gevorkyan əsas təqsirləndirilən şəxslər qismində dindiriləcəklər.

Qeyd edək ki, Ermənistan vətəndaşları Yeğişe və Ruzanna Gevorkyanlar 3 uşaqları ilə birlikdə 2010-cu ilin yanvarında Azərbaycana keçiblər. Ailə 2014-cü ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR