AMEA-nın illik Ümumi Yığıncağının vaxtı açıqlanıb

AMEA-nın illik Ümumi Yığıncağının vaxtı açıqlanıb
# 12 mart 2015 14:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu il aprelin 29-da AMEA-nın illik Ümumi Yığıncağı keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.


AMEA prezidenti Akif Əlizadə aprel ayında Qubada Beynəlxalq Soyqırım Konfransının da keçiriləcəyini bildirib: “Bundan başqa, apreldə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi və AMEA Rəyasət Heyətinin birgə iclası keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR