Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edib
# 12 mart 2018 08:18 (UTC +04:00)

Martın 10-da vergilər naziri Mikayıl Cabbarov Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinləri iştirak edib.

Qəbulda vətəndaşlar əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi, vergi inzibatçılığı və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Görüşdə vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR