Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 20 hava zərbəsi endirib

Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 20 hava zərbəsi endirib
# 18 avqust 2015 22:23 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr İraq və Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə 20 hava zərbəsi endirib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiya birləşmiş komandanlığının nümayəndəsi bildirib.

Məlumata görə, koalisiya İraqın doqquz şəhərində terrorçuların canlı qüvvə və hərbi texnikasına 17 hava zərbəsi endirib. Suriyada ekstremistlərin Kobani və Xasaka şəhərləri ətraflındakı mövqeləri hava hücumuna məruz qalıb.

Xatırladaq ki, 2014-cü ilin avqustundan ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-in İraqda, sentyabrdan isə Suriyada yerləşən mövqelərinə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR