Səfir: “Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik barədə xəbərlər narahatçılıq doğurur”

Səfir: “Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik barədə xəbərlər narahatçılıq doğurur”
# 28 fevral 2017 17:39 (UTC +04:00)

Hindistan münaqişələrin sülh yolu ilə nizamlanmasını və ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. APA-nın məlumatına görə, bu barədə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin mürəkkəbliyindən xəbərdar olduğunu deyən diplomat, münaqişə zonasında gərginlik barədə xəbərlərin narahatçılıq doğurduğunu vurğulayıb.

"Hindistan münaqişələrin sülh yolu ilə nizamlanmasını və ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Biz ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini dəstəkləyirik. Hindistan münaqişənin sülh yolu ilə həll olunacağına və regionda sülhün üstünlük təşkil edəcəyinə ümid edir", - deyə səfir bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR