Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək - VİDEO

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək - <span style="color: red;">VİDEO
# 05 sentyabr 2015 09:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Yarımadada havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək. Temperatur gecə 19-24, gündüz 34-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR