"Azərbaycan Dəmir Yolları" Rusiyadan 3 minə yaxın vaqon alır

"Azərbaycan Dəmir Yolları" Rusiyadan 3 minə yaxın vaqon alır
# 12 mart 2015 06:56 (UTC +04:00)

"APA-Economics"in "Uralvaqonzavod"un mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı birgə əməkdaşlığın müxtəlif sahələr üzrə davam etdirilməsi müzakirə olunub.

Danışıqlar zamanı həmçinin Rusiya şirkəti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin təmin olunacağı yük vaqonlarının sayı müəyyənləşdirilib.

Şirkətin "Azərbaycan Dəmir Yolları" QSC-yə verəcəyi vaqonlar taxıl, sement, neft və neft məhsulları və s. daşınması üçün nəzərdə tutulub.

Danışıqların yekununda Rusiya tərəfinin "Azərbaycan Dəmir Yolları" QSC-yə müxtəlif növdə 2 900 yük vaqonunun verilməsi ilə bağlı müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR