“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər müzakirə olunub

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər müzakirə olunub
# 25 may 2018 10:09 (UTC +04:00)

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Gənclər və İdman komitəsinin bu gün keçirilən birgə iclasında “Bədən tərbiyəsi və idman haqqında” və “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanunlara dəyişikliklər müzakirə olunub.

APA-nın məlumatına görə, layihə barədə Gənclər və İdman komitəsinin sədr müavini Ülvi Quliyev məlumat verib.

Hər iki layihəyə uyğunlaşdırıcı dəyişikliklər olduğunu deyən deputat bildirib ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinə əlavə edilən yeni bəndə görə, idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq üçün müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək mümkün ola bilər. Bunu Azərbaycan Milli Antidopinq Agentliyi tövsiyə olunur. Buna uyğunlaşdırıcı dəyişiklik “Bədən tərbiyəsi və idman haqqında” qanunda da edilir.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR