İsrail ordusu Misir ərazisindən buraxılan raketləri vurub

İsrail ordusu Misir ərazisindən buraxılan raketləri vurub
# 09 fevral 2017 02:03 (UTC +04:00)

Misir ərazisindən Eylat şəhərinə buraxılan üç raket İsrail ordusunun “Dəmir Günbəz” havadan müdafiə sistemi tərəfindən vurulub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, raketlər İsrail ərazisinə Sinay yarımadasından buraxılıb.

Məlumata əsasən, partlayışlar Eylatda hiss olunub. İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisə ilə əlaqədar Eylat meriyasında təcili yığıncaq keçirilib.

İnsidentə görə məsuliyyəti İŞİD-in Misirdəki özəyi öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR