“Yapı Kredi Bank Azərbaycan” ötən ili mənfəətlə başa vurub

“Yapı Kredi Bank Azərbaycan” ötən ili mənfəətlə başa vurub
# 18 yanvar 2018 07:53 (UTC +04:00)

“Yapı Kredi Bank Azərbaycan” 2017-ci ilin maliyyə nəticələrini açıqlayıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, ötən il 10,1 mln. manat xalis mənfəət əldə edən bank, eyni zamanda məcmu kapitalını da 64 mln. manata çatdırıb.

2017-ci ildə bankın depozit müştərilərinin sayı 17% artıb. 2016-cı ilin sonu ilə müqayisədə ötən il bankın yüksək likvidli aktivləri də 18% artaraq 298,1 mln. manata çatıb.

2017-ci ildə görülən işlərlə bağlı şərh verən “Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Cenk Yüksel 2017-ci ilin bank üçün fürsətlərlə dolu bir il oldğunu dilə gətirib: “Müştərilərimizin sayının artması və hər bir müştəriyə fərdi yanaşmaq üçün əlimizdən gələni etdik. Yeni məhsullar təqdim etdik, müxtəlif kampaniyalar hazırladıq. Bu isə müştəri sayının ciddi şəkildə artmasına gətirib çıxardı. 2018-ci ildə də inkişaf edən iqtisadiyyatımızda yeni uğurlar qazanmağı hədəfləyirik”.

Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı “UniCredit” (İtalya) və “Koç Holding” (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR