Avtomobilləri inzibati xəta törədən dövlət qurumları qarşısında yeni tələb qoyulub

Avtomobilləri inzibati xəta törədən dövlət qurumları qarşısında yeni tələb qoyulub
# 17 iyul 2018 10:54 (UTC +04:00)

Dövlət qurumları qarşısında istifadələrində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında 5 gün müddətində məlumat təqdim etmək tələbi qoyulub.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla qüvvəyə minən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.


Beləliklə, dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində cərimə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR