Elçin Babayev: "Yerdə baş verən geomaqnit qasırğası güclü qasırğalardan deyil"

Elçin Babayev: "Yerdə baş verən geomaqnit qasırğası güclü qasırğalardan deyil"
# 25 oktyabr 2017 13:48 (UTC +04:00)

Yerdə baş verən geomaqnit qasırğası mütəmadi təkrarlanan orta səviyyəli qasırğalardan biridir.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, birigün qasırğa yenidən əvvəlki vəziyyətinə qayıdacaq.

Onun sözlərinə görə, bu, heç də deyildiyi kimi güclü qasırğalardan deyil, mütəmadi təkrarlanan orta səviyyəli qasırğalardan biridir.

E. Babayev qeyd edib ki, hazırda günəşdə baş verən proseslər nəticəsində geomaqnit şəraitdəki növbəti həyəcanlaşmalar davam edir. Direktor müavini qeyd edib ki, həyəcanlaşma dünəndən etibarən başlayıb və verilən proqnoz özünü doğruldub: “Artıq G1 kateqoriyasına malik olan geomaqnit qasırğası baş verib.

Gün ərzində bu qasırğanın G2 kateqoriyalı qasırğaya keçməsi gözlənilir.

Həm günəşdə, həm yerətrafı fəzada, həm də yer monitosferində baş verən mürəkkəb proseslərin analizləri nəticəsində bu qənaətə gəlinir. Hazırda Kp indeksi 5-ə bərabərdir. Bu indeksin maksimal qiyməti 9-a bərabər olur. Maksimal balın isə qeydə alınması nadir hallarda baş verir. Bu, günəşin məşhur 11 illik tsikli dövründə yalnız bir-iki dəfə baş verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR