Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə tanınmış rəssam-xəttat Azim İqbalın fərdi sərgisi keçirilib

Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə tanınmış rəssam-xəttat Azim İqbalın fərdi sərgisi keçirilib
# 05 mart 2015 08:11 (UTC +04:00)

Bakı - APA. Pakistanın Milli İncəsənət Mərkəzində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pakistanın tanınmış rəssam-xəttatı Azim İqbalın “Sülh və harmoniyanın rəngləri” adlı fərdi sərgisi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Pakistanın informasiya, yayım və milli irs naziri Məhəmməd Azam, Pakistan Prezidentinin mətbuat katibi Samina Vakar, Pakistanda akkreditə olunmuş səfirlər, diplomatlar, tanınmış ictimai siyasi xadimlər, media mənsubları iştirak etmişdirlər.

Təntənəli mərasimdə çıxış edən Azərbaycanın səfiri Daşqın Şikarov Azərbaycan və Pakistan arasında dostluq münasibətləri, mədəni bənzərliklər barəsində danışıb. Diplomat bu tədbirin xalqlarımız arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Azim İqbal haqqında danışan səfir rəssamın öz yaradıcılığında incəsənət vasitəsilə Sufiliyə mənəvi səyahət edərək sülh və harmoniyanı təbliğ etdiyini vurğulayıb. Deyib ki, Azim İqbalın kolleksiyası Sufi mədəniyyətinin simvolik nümayişdir. O, Azim İqballın Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi otağının dekorasiyaların yaradılmasında əvəzsiz rolunu qeyd edib. Səfir Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycan-Pakistan Gənclər Forumunun Prezidenti Məhəmməd Asif Nura sərginin hazırlanması istiqamətində gördüyü işlərə görə minnətdarlığını bildirib.

Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın informasiya, yayım və milli irs naziri Məhəmməd Azam mərasim iştirakçılarını salamlayıb, sərginin keçirilməsinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib. Vurğulayıb ki, Pakistan mədəniyyətini təbliğ etməklə Azərbaycan Pakistanla dostluq münasibətlərinə hörmətini nümayiş etdirib. Nazir bu kimi tədbirlərin iki xalqlar arşında dostluq əlaqələrinin daha da möhkəmləndirdiyinə xidmət edir. Daha sonra Pakistan rəsmisi başçılıq etdiyi nazirliyin fəaliyyəti, hökumətin milli mədəni irsin qorunub saxlanılması istiqamətində fəaliyyəti barəsində məlumatlar verib.

Mərasim iştirakçılarına müraciətində Azim İqbal Azərbaycan səfirliyinə onun fərdi sərgisinin keçirilməsində yardım etdiyinə görə minnətdarlığını bildirib. O, Azərbaycanın zəngin mədəni irsi, qədim tarixinə malik olduğunu qeyd edib, Azərbaycanın incəsənət ustaları haqqında danışıb. Vurğulayıb ki, bundan sonra da öz yaradıcılığında humanizm, sülh prinsiplərinə sadiq qalacaq, iki qardaş xalq arasında əlaqələrin inkişafı naminə əlindən gələni edəcək.

Rəmzi lent kəsildikdən sonra qonaqlar Azim İqbalın sərgisi ilə tanış olublar. Sərginin açılış mərasiminin sonunda qonaqlar üçün ziyafət verilib.

Sərgi zamanı səfir D.Şikarov Pakistanın PTV, DAWN, Express, GEO və Capital TV kanallarına müsahibə verib.

Qeyd etmək lazımdır ki, sərgi 5 Mart tarixində də davam edəcək.

İslamabad şəhərində keçirilmiş tədbir Pakistan mediası tərəfindən işıqlandırılıb. Belə ki, Express, DAWN, GEO, ARY, PTV, Capital, 92HTC,Rohi, VAKT, SUCH televiziya kanalları, Pakistan dövlət radiosu tədbir haqqında reportajlar verib, “Pakistan Observer”, “The News”, “Daily samaa”, “AL-Akhbar”, “Daily dunya”, “Navai Vakt”, “Azkaar”, “Express”, “Daily Khabre” və digər qəzetlərdə məlumat dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR