Ermənistan prezidentinin mətbuat katibi müxalifətçi jurnalisti gizli əməkdaşlığa məcbur edib

Ermənistan prezidentinin mətbuat katibi müxalifətçi jurnalisti gizli əməkdaşlığa məcbur edib
# 22 iyul 2015 08:48 (UTC +04:00)

APA-nın “epress.am” saytına istinadən verdiyi məlumata görə, bunu özünün “Facebook” səhifəsində Q. Manukyan yazıb.

Müxalif “İrs” partiyasının İdarə Heyətinin üzvü olan Q. Manukyan Ermənistan prezidentinin belə adamı özünün mətbuat katibi təyin etməsindən təəccübləndiyini gizlətməyib. O və təmsil etdiyi partiya məsələ ilə bağlı cinayət işinin açılması üçün prokurorluğa müraciət etsələr də, müstəntiq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı olan V. Akopyana qarşı cinayət işi qaldırmaqdan imtina edib və bu üzdən iddiaçı tərəf Kassasiya Məhkəməsinə müraciət etməli olub.

Qeyd edək ki, Ermənistan Prokurorluğu V. Akopyana qarşı cinayət işinin açılmamasını Q. Manukyanın təqdim etdiyi audioyazının maddi sübut olmaması ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR