Bakı-Qazax yolunda yük maşınının aşması nəticəsində tıxac yaranıb - FOTOSESSİYA

Bakı-Qazax  yolunda yük maşınının aşması nəticəsində tıxac yaranıb   - <span style="color: red;">FOTOSESSİYA
# 19 iyul 2014 19:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, paytaxt istiqamətində hərəkət edən meyvə-tərəvəzlə dolu yük maşını idarəetməni itirərək aşıb. Nəticədə, magistral yolda tıxac yaranıb. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR