Musa Yaqub bu gün İstanbulda əməliyyat olunacaq

Musa Yaqub bu gün İstanbulda əməliyyat olunacaq
# 10 oktyabr 2014 08:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Şair Musa Yaqub bu gün İstanbulda əməliyyat olunacaq.

APA-nın məlumatına görə, bu barədə şair Maarif Soltan facebook səhifəsində yazıb: “Böyük şairimiz Musa Yaqub bir az əvvəl İstanbuldan zəng edib, bu gün böyrəklərindən əməliyyat olunacağını dedi və xahiş etdi ki, bütün dostlara salamını yetirim. Allah səni bu payızın içindən keçirib gələcək payızlara aparsın, böyük insan! Yolunu gözləyirik, sağ-salamat qayıt!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR