Qüdrət Həsənquliyev: “Azərbaycanı tənqid edənlər Azərbaycanın beynəlxalq nüfuzuna ziyan vurmaq, onu qaralamaq istəyirlər”

Qüdrət Həsənquliyev: “Azərbaycanı tənqid edənlər Azərbaycanın beynəlxalq nüfuzuna ziyan vurmaq, onu qaralamaq istəyirlər”
# 28 noyabr 2014 12:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA. “Azərbaycanı tənqid edənlər Azərbaycanın beynəlxalq nüfuzuna ziyan vurmaq, onu qaralamaq istəyirlər”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, bəzi Avropa təşkilatları Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir: “Mən özüm axırıncı dəfə “Avronest” Parlament Assambleyasının plenar iclasında iştirak etdim, orada bizim parlamentin qətnaməsini səsləndirdim. Bildirdim ki, Ermənistan 1 milyondan çox insanı evindən-eşiyindən didərgin salıb, onlar 20 ildən artıq acınacaqlı vəziyyətdə yaşayırlar, Azərbaycanın 20%-dən artıq ərazisini işğal ediblər, siz buna reaksiya vermirsiniz, amma 5-6 nəfər barəsində iddia edirsiniz ki, əsassız olaraq həbs ediliblər. Hansı ki, hələ barələrində istintaq gedir, son sözü məhkəmə deyəcək. Azərbaycanı haqsız yerə tənqid edənlərin məqsəd onun nüfuzuna zərbə vurmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR