FHN Xəzərdə iki balıqçını xilas edib

FHN Xəzərdə iki balıqçını xilas edib
# 07 noyabr 2014 11:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Dənizdə iki nəfər köməksiz vəziyyətdə qalan şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonu ərazisində sahildən 8 km aralıda 2 nəfər balıqçı, qayığın yanacağının bitməsi səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb edilmiş FHN-in dalğıc-xilasediciləri vətəndaşları xilas edib və qayığı yedəyə alaraq sahilə çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR