“Təmiz Şəhər” ADPU-da ekologiya mövzusunda seminar keçirib

“Təmiz Şəhər” ADPU-da ekologiya mövzusunda seminar keçirib
# 03 dekabr 2014 08:00 (UTC +04:00)

Bakı-APA-Economics. “Təmiz Şəhər” ASC-nin gənc nəslin ekoloji maarifləndirməsi layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) biologiya fakültəsinin tələbələri üçün seminar təşkil edib.

“Təmiz Şəhər”in Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ekologiya sahəsində ekspertlərin iştirakı ilə keçirilən tədbir zamanı tələbələrə ətraf mühitin qorunması, tullantıların idarə olunması barədə məlumat verilib və bu işdə biologiyanın və bioloqların rolu barədə danışılıb.

Seminarda ADPU-nun elmi işlər üzrə prorektoru Vilayət Əliyev, biologiya fakültəsinin dekanı Yusif Əhmədov, “EkoReal” təşkilatının direktoru Telman Zeynalov, “Təbiət və Həyat” təşkilatının sədri Fuad Axundzadə, “Səma və Eko” elmi praktik ictimai birliyinin sədri İradə Həsənova, “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev mühazirə oxuyublar.

Gənc nəslin ekoloji maarifləndirməsi və tərbiyəsi məqsədi ilə keçirilən bu tip görüşlər “Təmiz Şəhər” ASC tərəfindən 2010-cu ildən etibarən təşkil olunur. Seminarlar gənclərin ekologiya üzrə biliklərinin artırılmasına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR