Həştərxanda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Həştərxanda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin görüşü keçiriləcək
# 05 avqust 2014 14:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyada Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin görüşü keçiriləcək.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüş avqustun 7-8-də Həştərxan şəhərində Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın nəqliyyat orqanlarının rəhbərlərinin iştirakı ilə baş tutacaq.

İclasda müzakirə olunacaq əsas mövzulardan biri beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizində iri nəqliyyat-logistika layihələrinin reallaşdırılması üçün Xəzər regionun nəqliyyat potensialının inkişafıdır.

Nazirlər Xəzəryanı ölkələr arasında birbaşa aviadaşımaların təşkil olunmasını müzakirə edəcəklər. Həmçinin, təklif olunan nəqliyyat xidmətləri ilə bağlı prosedurların sadələşdirilməsi, Xəzər dənizi üzərindən su nəqliyyatının hüquqi aspektlərinin işlənməsi, təhlükəsiz dənizçilik və dənizin çirklənməsinə qarşı mübarizə məsələləri də müzakirə olunan mövzular arasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR