Yağışlar nəticəsində respublika çaylarında suyun səviyyəsi artıb

Yağışlar nəticəsində respublika çaylarında suyun səviyyəsi artıb
# 24 noyabr 2014 11:59 (UTC +04:00)

Bakı. Gülnar. Bəşirova-APA. Ötən gün ərzində yağan yağışlar nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Belə ki, bu ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 36, Lənkərançay-Sifidorda 25, Vəşərüçay-Daştatükdə 30, Viləşçay-Şıxlarda isə 9 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 136 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 75 m3/s təşkil edərək ongünlük normanın 93 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 14, Salyanda 13, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 18 sm artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR