FHN Bakıda mərmi tapılması haqqında məlumat yayıb - YENİLƏNİB

FHN Bakıda mərmi tapılması haqqında məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 04 dekabr 2014 15:59 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda döyüş sursatı aşkarlanıb. Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Aşkarlanan sursata baxış keçirilərkən istifadəyə yararsız 1 ədəd 82 millimetr çaplı minaatan minası, partlayıcı qurğusu zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməyiblər.

***

saat 17.50

Bakı. Fuad Cəfərov -APA. Bakıda top mərmisi tapılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün paytaxtın Xətai rayonunda, Nobel prospektində yerləşən “Ağ Şəhər” kompleksində qeydə alınıb.

Kompleksdə qazıntı işləri zamanı 82 mm-lik istifadəyə yararsız top mərmisi aşkar edilib. Top mərmisi aidiyyəti üzrə ANAMA-ya təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR