Bakıda cibgirliklə məşğul olan qadın yaxalanıb

Bakıda cibgirliklə məşğul olan qadın yaxalanıb
# 13 oktyabr 2014 08:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində cibgirliklə məşğul olan qadın yaxalanıb. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində “28 Mall” ticarət mərkəzində cibgirliklə məşğul olan Zaqatala rayon sakini, 1984-cü il təvəllüdlü Ülkər Vaqif qızı Əzizova saxlanılıb. Araşdırmalar zamanı Ü. Əzizovanın adıçəkilən ticarət mərkəzində ardıcıl olaraq 7 nəfərə qarşı cibgirlik etdiyi məlum olub.

Hazırda polis saxlanılan qadının digər cinayətlərinin olub-olmamasını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR