Gürcüstanda 7 nazir istefaya göndərilib

Gürcüstanda 7 nazir istefaya göndərilib
# 21 iyul 2014 09:47 (UTC +04:00)

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunlar mədəniyyət naziri Quram Odişariya, ətraf mühit və təbii ehtiyatlar naziri Xatuna Qoqoladze, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə nazir David Daraxvelidze, kənd təsərrüfatı naziri Şalva Pipiya, regional inkişaf və infrastruktur naziri Elqudja Xokrişvili, cəzaların icrası və probasiya naziri Sozar Subari, eləcə də diaspora məsələləri üzrə dövlət naziri Konstantin Surquladzedir.

Baş nazir İrakli Qaribaşvili bildirib ki, S.Subari qaçqınlar və məcburi köçkünlərin işləri üzrə nazir postunu tutacaq.

E.Xokrişvili isə ətraf mühit və təbii sərvətlər naziri vəzifəsinə təyin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR