Taner Yıldız: “Azərbaycandan tədarük olunan təbii qaza görə ödəmələrlə bağlı məsələ yoluna qoyulacaq”

Taner Yıldız: “Azərbaycandan tədarük olunan təbii qaza görə ödəmələrlə bağlı məsələ yoluna qoyulacaq”
# 21 oktyabr 2014 09:21 (UTC +04:00)

APA-Economics” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız yerli NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, keçən il Türkiyə Rusiya ilə “al və ya ödə” prinsipinə son qoyub: “Bu ilin sonunda Türkiyə İranla qaz tədarükündə bu prinsipdən imtina edəcək. Gələn ildən isə Türkiyə Azərbaycandan qaz tədarükündə də “al və ya ödə” prinsipindən imtina edəcək. Biz almadığımız təbii qaza görə pul veririk. Bunun avans ödəmələri vətəndaşımızın cibindən çıxan pullardır, bunu bilmək lazımdır. Bunun da yoluna qoyulacağı qənaətindəyəm”.

Qeyd edək ki, Türkiyə İran qazının 1 000 kubmetrini 490 dollara alır. Cənubi Qafqaz boru kəməri ilə tədarük olunan Azərbaycan qazının 1 000 kubmetrinə görə ölkə 335 dollar ödəyir.

Rusiya qazının 1 000 kubmetri Türkiyəyə 425 dollara başa gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR