Tiflisdə Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Tiflisdə Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib
# 10 dekabr 2014 23:34 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov açaraq Heydər Əliyevin Azərbaycan müstəqilliyi və azərbaycançılıq ideyaları uğrunda mübarizəsindən söhbət açıb.

Tədbirdə Tiflis Texniki Universitetin professoru, akademik Quram Qvenadze, professorlar David Qununaşvili, İvane Ocaidze çıxış edərək Gürcüstan-Azərbaycan dostluğundan, Heydər Əliyevin Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində olan rolundan, onun müstəqil Azərbaycan siyasətindən, Gürcüstandan keçən beynəlxalq layihələrdən və Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlətə çevrilməsindən danışıblar.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film və kitablar nümayiş olunub. Anım gününə həsr olunan tədbirdə Tiflisdə fəaliyyət göstərən müxtəlif universitetlərin gürcü və azərbaycanlı tələbələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, media nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR