Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 14 ay ərzində 450 ürək-damar əməliyyatı icra olunub

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 14 ay ərzində 450 ürək-damar əməliyyatı icra olunub
# 04 dekabr 2014 10:32 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək-damar Mərkəzinin fəaliyyət göstərdiyi 14 ay ərzində 450-yə yaxın ürək-damar əməliyyatı həyata keçirilib. APA-nın məlumatına görə, bu barədə Mərkəzin rəisi, uzman doktor Anar Əmrah məlumat verib.

A. Əmrahın sözlərinə görə, icra olunmuş əməliyyatlardan 200-ü açıq ürək, 100-ü qapalı ürək əməliyyatı, 150-si isə damar əməliyyatı olub: «Əməliyyat olunan xəstələrin ən kiçiyi 11 aylıq, ən yaşlısı isə 81 yaşında olub. Bu əməliyyatlar uğurla keçib və sevindirici haldır ki, keçirilən ürək əməliyyatlarında heç bir letal nəticə qeydə alınmayıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR