AMEA və Qafqaz Müsəlmanları İdarəsi birgə beynəlxalq konfrans keçirəcək

AMEA və Qafqaz Müsəlmanları İdarəsi birgə beynəlxalq konfrans keçirəcək
# 05 noyabr 2014 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda “İslam maarifçiliyi və müasir dövr" beynəlxalq konfrans keçiriləcək.

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında məlumat verilib.

Bildirilib ki, beynəlxalq konfrans gələn ilin 15-17 aprel tarixlərində keçiriləcək. Beynəlxalq konfransın elmi-təşkilatı işlərinə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik edəcək.

İclasda çıxış edən İ.Həbibbəyli bildirib ki, qloballaşma şəraitində dini dəyərlərin qorunması və inkişaf etdirilməsi vacib məsələlərdəndir. Onun sözlərinə görə, İslam maarifçiliyi mədəniyyətin inkişafında mühüm rol oynayır.

RH-nin iclasının davamında Azərbaycan alimlərinin I Qurultayı barədə məlumat verilib. Akademik Rasim Əliquliyev qeyd edib ki, Azərbaycan alimlərinin I Qurultayı dekabrın 19-da keçiriləcək. AMEA-nın əsas binasında keçiriləcək qurultaya 500-dən artıq iştirakçı qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR