ATƏT-in fəaliyyətdə olan sədri Soçi görüşündən sonra intensivləşən dialoqu davam etməyə çağırıb

ATƏT-in fəaliyyətdə olan sədri Soçi görüşündən sonra intensivləşən dialoqu davam etməyə çağırıb
# 13 noyabr 2014 09:54 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı təmas xəttində ermənilərə aid döyüş helikopterinin vurulması ilə bağlı bəyanat verib.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən məlumatına görə, D.Burkhalter bu hadisədən dərin narahatlığını ifadə edib, Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edərək, bu cür insidentlərin qarşısının alınması və atəşkəs rejiminin pozulmaması üçün əllərindən gələni etməyə çağırıb.

ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağda təmas xəttində bu cür gərginliklərin bu il ərzində bir neçə dəfə baş verdiyinə toxunub və bu insidentlərin insan itkisinə səbəb olmasını kədərli hal kimi qiymətləndirib: “Atəşkəs rejiminə riayət və əldə olunmuş razılıqlara tam hörmət münaqişənin həlli istiqamətində müəyyən şərait yaratmaq üçün çox vacibdir”.

D.Burkhalter ATƏT-in Minsk Qrupu həmsədrlərinin dünənki bəyanatına əsaslanaraq, 10 avqust tarixli Soçi görüşündən sonra yüksək səviyyədə təmasın intensivləşməsini əhəmiyyətli sayıb, Azərbaycan və Ermənistan prezidentlərini dialoqu davam etdirməyə çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR