ARDNŞ və “Total” yeni dəniz yatağının perspektivləri barədə danışıqlar aparır

ARDNŞ və “Total” yeni dəniz yatağının perspektivləri barədə danışıqlar aparır
# 05 noyabr 2014 13:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Fransanın "Total" şirkəti ilə danışıqlar aparır. Danışıqların müzakirə mövzusu yeni tikiləcək Neft-qaz emalı və Neft-kimya Kompleksində (NQNK) “Abşeron” dəniz yatağından gələcəkdə hasil olunacaq təbii qazın emal imkanların araşdırılmasıdır.

APA-Economics” xəbər verir ki, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev.

R. Abdullayev sözlərinə görə, tərəflər bu qazın yeni zavoda cəlb olunması ilə bağlı bir neçə əməkdaşlıq variantını müzakirə edir: “Onların arasında hasil olunan qazın alınması və onun Neft-kimya Kompleksində istifadə olunması, eləcə də gələcəkdə ixrac etmək üçün həmin qazın zavodda təmizlənməsi ideyaları yer alır”.

Qeyd edək ki, NQNK layihəsinin həyata keçirilməsi çərçivəsində ilk mərhələdə, 2020-ci ildə qaz emalı zavodunun istismara verilməsi planlaşdırılır. İlkin proqnozlara əsasən, “Abşeron” yatağında qaz hasilatına 2020-ci ildə başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR