ETSN çaylardakı  mövcud vəziyyəti açıqlayıb 

ETSN çaylardakı  mövcud vəziyyəti açıqlayıb 
# 29 sentyabr 2014 12:02 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sentyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 92 faizini təşkil edir.

Sentyabrın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 24, Bankədə 13, Araz çayının Novruzlu məntəqəsində 30 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR