Bakının mərkəzində yenidən tıxac yaranıb

Bakının mərkəzində yenidən tıxac yaranıb
# 07 noyabr 2014 15:05 (UTC +04:00)

Nəqliyyatı İntellektual idarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Koroğlu Rəhimov küçəsi ilə Gülayə Qədirbəyova küçəsinin kəsişməsində aparılan yol təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektində, Babək prospektindən Heydər Əliyev prospekti istiqamətində, Neftçilər prospekti Dəniz Vağzalının qarşısında tıxac yaranıb.

Digər küçələrdə isə yaranan tıxac iş gününün bitməsi ilə əlaqədardır. Tıxac əsasən 28 may, Rəşid Behbudov, Şeyx Şamil, Ağa Nemətulla küçələrində, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində, Mətbuat prospektində və Bakı-Sumqayıt şosesində müşahidə olunur.

Xatırladaq ki, səhər saatlarında da paytaxtın qeyd olunan ərazilərində uzunmüddətli tıxac yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR