Bazeldə Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü gözlənilir

Bazeldə Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü gözlənilir
# 02 dekabr 2014 13:37 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə ATƏT xarici işlər nazirlərinin Bazeldəki iclası çərçivəsində görüşə bilər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.

"Dəqiq məlumatım yoxdur. Bildiyimiz qədər ABŞ tərəfi rəsmi müraciət etməyib. Lakin istisna deyil ki, Sergey Lavrov və Con Kerri nazirlərin iclası çərçivəsində ayaqüstü və yaxid digər formada söhbət edəcəklər", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR