Penitensiar Xidmətin rəis müavini beynəlxalq tədbirdə iştirak edib

 Penitensiar Xidmətin rəis müavini beynəlxalq tədbirdə iştirak edib
# 02 dekabr 2014 09:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində penitensiar sahədə əməkdaşlıq çərçivəsində elektron monitorinq üzrə çoxtərəfli beynəlxalq görüş keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Avropa Şurasına üzv ölkələrin penitensiar sistemini təmsil edən nümayəndələr, Avropa Şurasının, eləcə də insan hüquqları sahəsində fəaliyyət göstərən Avropa təşkilatlarının və universitetlərin ekspertləri iştirak ediblər.


Görüşdə Azərbaycanı Ədliyyə Nazirliyini Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov təmsil edib.


Toplantıda cinayət mühakiməsi çərçivəsində elektron müşahidənin əsas prinsipləri və etik standartları, cəzadan azad edildikdən sonra elektron müşahidənin nəzarət metodu kimi rolu, elektron müşahidəni həyata keçirən əməkdaşların məsuliyyəti mövzularında çıxışlar dinlənilib, iştirakçı ölkələrin təcrübələri ətrafında təqdimatlar nümayiş etdirilib. Bütün mövzular ətrafında geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR