Lənkəranda “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir” mövzusunda maarifləndirmə tədbiri keçirib - FOTO

Lənkəranda “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir”  mövzusunda maarifləndirmə tədbiri keçirib - <span style="color: red;">FOTO
# 13 avqust 2014 16:44 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Avqustun 13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhər 9 saylı uşaq bağçasında “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində tədbir iştirakçılarının maarifləndirilməsi məqsədilə Mərkəzin əməkdaşları “Fövqəladə hallar, təhlükəli vəziyyətlər və uşaq psixologiyası”, “Meşə gəzintisi zamanı təhlükəsizlik tədbirləri”, “Elektrik cərəyanı təsirindən baş verən qəzalardan qorunmaq üçün təhlükəsizlik tədbirləri”, “2014-cü ilin yay mövsümündə region ərazisində yerləşən su hövzələrində baş verə biləcək suda boğulma hadisələrinin qarşısının alınması və sularda insanların təhlükəsizliyinin təmin edilməsi” və “112 zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?” mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, binanın əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha təhsil müəssisəsinin rəhbərliyinin diqqətinə çatdırılıb.

Tədbirin sonunda “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”, “Çimərlikdə təhlükəsizlik qaydalarına ciddi riayət edin!”, “Meşələri qoruyaq!” mövzularında hazırlanmış video materiallar nümayiş olunub, “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzularında tərtib edilmiş yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb, təqdim olunan əyani vəsaitlərlə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR