Masallı sakini tiryək satarkən həbs edilib

Masallı sakini tiryək satarkən həbs edilib
# 13 dekabr 2014 10:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Masallı rayon sakini narkotik vasitə satarkən tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində və Cənub Bölgəsində Regional şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Firudin Kərimov 169 qram marixuananı və 1 kiloqram 450 qram tiryəki satarkən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR