Azərbaycan Dövlət Kukla Teatrında “Çəkməli pişik” tamaşasının premyerası keçiriləcək

Azərbaycan Dövlət Kukla Teatrında “Çəkməli pişik” tamaşasının premyerası keçiriləcək
# 24 iyun 2015 09:42 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, fransız şair Şarl Perronun dünya uşaq ədəbiyyatının ən məşhur nümunələrindən olan əsərinə yeni səhnə həyatını teatrın rejissoru Anar Məmmədov verib.

Tamaşaya yeni obrazlar və mətnlər də əlavə edən rejissor əsəri müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etməyə çalışıb.

Birhissəli tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları ifa edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR