Göyçayda ikimərtəbəli ev yanıb

Göyçayda ikimərtəbəli ev yanıb
# 06 mart 2019 09:18 (UTC +04:00)

Göyçayda yanğın hadisəsi baş verib. ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:00 radələrində Göyçayın Çərəkə kəndində qeydə alınıb. Kənd sakini, 1940-cı il təvəllüdlü Adil Kərimova məxsus ümumi sahəsi 280 kvadratmetr olan iki mərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən 3, Ucar yanğından mühafizə hissəsindən 1 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub. Hadisə zamanı evin 230 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birgə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR