Multikulturalizm Mərkəzi Litva Pedaqoji Universitetində monitorinqə başlayıb

Multikulturalizm Mərkəzi Litva Pedaqoji Universitetində monitorinqə başlayıb
# 21 aprel 2015 12:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqini aparıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, Litva Pedaqoji Universitetində monitorinqin aparılması üçün BBMM tərəfindən Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədov ezam olunub. Monitorinq zamanı “Azərbaycan Multikulturalizmi” fənnini Litva Pedaqoji Universitetində tədris edən professor Rəfail Həsənovun “Etnik müxtəliflik və Azərbaycan multikulturalizmi” mövzusunda mühazirəsi dinlənildikdən sonra professor İlham Məmmədov tələblərlə görüşüb, onlar arasında sorğu keçirilib.

Sonda tələbələrin suallarını cavablandırıb və onlara BBMM tərəfindən hazırlanmış hədiyyə paketlərini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR