Metroların genişləndirilməsi zərərli qazların emissiyasını aşağı salacaq.
APA xəbər verir ki, bunu Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin direktor müavini Rəna Hümbətova “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirin ikinci günündəki çıxışında deyib.
“İstehlak olunan enerjinin 39%-i məişət şəraitinin, 31% nəqliyyatın və 15% isə tikintinin payına düşür. Bizi elektrikli dəmir yollarının sayını artırmalı və metroları genişləndirməyi planlaşdırırıq. Bu kimi tədbirlər emissiyaların miqdarını azaldacaq”- Rəna Hümbətova qeyd edib.